Qalatasaray Tomas Yaeşkeni transfer edib

Tarix: 21:13 08.07.2025
Qalatasaray kişi voleybol komandası, amerikalı smaçör Tomas Yaeşkeni heyətinə qatdığını açıqlayıb.
Sarı-qırmızılı klubdan verilən məlumata görə, yeni mövsüm üçün transfer işləri çərçivəsində 31 yaşlı voleybolçu ilə 1 illik müqavilə imzalanıb.
Peşəkar voleybol karyerasına 2012-ci ildə Loyola Çikaqo Universitetində başlayan Yaeşke, sonrakı illərdə Asseco Resovia Rzeszow, NBV Verona, Allianz Milano, Beijing BAIC Motor, Halkbank və Osaka Bluteon komandalarında çıxış edib.
Klub karyerasında 2 NCAA, 1 Çin Liqası və 1 Türkiyə Kuboku çempionluğu qazanan Tomas Yaeşke, oynadığı matçlarda dəfələrlə “ən yaxşı smaçör”, “ən çox xal toplayan oyunçu” və “ən yaxşı qəbul edən oyunçu” seçilib.
Klub açıqlamasında, “Tomas Yaeşke, Qalatasaray HDI Sığorta ailəsinə xoş gəlmisən. Uğurlarla dolu bir mövsüm arzulayırıq,” – deyə bildirilib.
Haber Global
Xəlilli Nigar