İspaniyada da meşə yanğını-Ölənlər var

Tarix: 23:42 08.07.2025
İspaniyanın Kataloniya bölgəsində baş verən meşə yanğınında iki nəfər həlak olub.
"İnformator.az" "Axar.az"a istinadən xəbər verir ki, 3min hektara yaxın ərazini məhv edən yanğın səbəbindən onlarla insan təxliyə edilib.
Hakimiyyət orqanları 18 mindən çox sakinə evdə qalmağı tövsiyə edib.
Bölgədə işləyən 300-dən çox yanğınsöndürənlə birlikdə təcili yardım bölmələri yerləşdirilib.