Qəzzada bir milyon uşağın həyatı "müharibə və dağıntı" ilə yadda qalıb-UNRWA

Bölmə: Dünya › ,
Tarix: 21:19 08.07.2025

Birləşmiş Millətlər Təşkilatının Fələstinli Qaçqınlara Yardım Agentliyi (UNRWA) Qəzza zolağında əhalinin yarısını təşkil edən uşaqların həyatının müharibə və dağıntılarla yadda qaldığını bəyan edib.

 

UNRWA Qəzzada uşaqların vəziyyəti ilə bağlı yazılı açıqlama verib.

 

Qəzzada təxminən 1 milyon uşağın yaşadığı bildirilən bəyanatda bu uşaqların həyatına damğasını vuran şeyin “müharibə və dağıntı” olduğu vurğulanıb.

 

Bəyanatda vurğulanıb ki, uşaqlar vaxtlarının çoxunu məktəbdən kənarda keçirirlər, bir neçə dəfə öz yerlərini tərk etmək məcburiyyətində qalıblar və demək olar ki, yeməyə heç nələri yoxdur.

 

Bəyanatda Qəzza zolağında uşaqlar üçün atəşkəsin vacibliyi vurğulanıb və bunun bölgənin daha yaxşı gələcəyə nail olması üçün vacib olduğu bildirilib.

 

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Ghebreyesus iyunun 27-də Cenevrədə keçirdiyi həftəlik mətbuat konfransında ilin əvvəlindən Qəzzada hər gün orta hesabla 112 uşağın kəskin qida çatışmazlığının müalicəsi üçün xəstəxanalara yerləşdirildiyini açıqlayıb.

 

Mənbə: TRT Haber

Xədicə Məhərrəmli