Türkiyə şəhidini son mənzilə yola salıb

Bölmə: Dünya › ,
Tarix: 21:19 08.07.2025

 

Pəncə-Kilit əməliyyatı bölgəsində metan qazından zəhərlənərək şəhid olan Türkiyə Silahlı Qüvvələrinin müqaviləli əsgəri Celattin Uyanık doğulduğu Bitlisin Mutki rayonunda dəfn edilib.

Şəhidin vida mərasimi bu gün günorta saatlarında keçirilib. Celattin Uyanıkın 4 il Türkiyə Silahlı Qüvvələrində xidmət etdiyi bildirilir.

Mənbə: TRT Xəbər
Türkan Kərimli