Yanğın səbəbilə Marseldəki hava limanı bağlanıb

Bölmə: Dünya › ,
Tarix: 21:22 08.07.2025

 

Fransanın cənubunda yerləşən Pennes-Mirabeau şəhərində baş verən yanğın səbəbilə Marsel-Provence Hava Limanı müvəqqəti olaraq bağlanıb.

Fransa mətbuatında yer alan xəbərlərə görə, Marsel şəhərindən təxminən 20 kilometr uzaqlıqda yerləşən Pennes-Mirabeau bölgəsində günorta saatlarında hələlik naməlum səbəbdən yanğın baş verib.

Yanğına müdaxilə etmək üçün hadisə yerinə 168 yanğınsöndürən və təxminən 70 yanğınsöndürmə texnikası cəlb edilib.

Yanğın nəticəsində indiyədək təxminən 30 hektarlıq yaşıllıq sahəsi külə dönüb, Marsel-Provence Hava Limanı isə müvəqqəti olaraq bağlanıb.

Valilik bölgə sakinlərindən zərurət olmadıqca evlərini tərk etməmələrini istəyib.

Pennes-Mirabeau ilə Marsel arasında yerləşən A55 avtomobil yolu da qismən nəqliyyata bağlanıb.

TRT XƏBƏR
Lalə Qurbanlı