"Zirə"nin rəqibi futbolçusunu "Atalanta"ya satır

Tarix: 09:35 09.07.2025
Xorvatiyanın "Hayduk" klubu gənc futbolçusu Niko Siqurun İtaliya "Atalanta"sına transferi ilə bağlı danışıqlar aparır.
"İnformator.az" "Teleqraf"a istinadən xəbər verir ki, Split təmsilçisi yarımmüdafiənin mərkəzində və sağında oynamağı bacaran 21 yaşlı oyunçunun satışından 8 milyon avro qazanmağı planlaşdırır.
Maliyyə feyr-pleyini pozduğu üçün UEFA-nın cəriməsi ilə üzləşən klubun pula ciddi ehtiyacı var. Keçidi baş tutsa, Siqur "Hayduk" tarixində dördüncü ən bahalı satış olacaq. Bu, həm də yeni idman direktoru Qoran Vuçeviçin yeni böyük satış müqaviləsi sayılacaq. Daha əvvəl 20 yaşlı qapıçı Dominik Prpiç 5 milyon avro və üstəlik 1 milyon avro bonusla Portuqaliya "Portu"suna transfer olub. Split klubu 5 illik müqavilə imzalayacaq Prpiçin gələcək satışından da 15 faiz qazanacaq.