"Kəpəz" daha bir futbolçu ilə yolları ayırıb

Tarix: 14:13 09.07.2025
"Kəpəz" futbol klubu daha bir futbolçu ilə yolları ayırıb.
"İnformator.az" "Teleqraf"ın Gəncə təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, müqaviləsi başa çatan Rauf Hüseynli komandanı tərk edib.
Müdafiəçi olan Hüseynli ötən mövsüm 27 çempionat matçında meydana çıxaraq 2 qol vurub, 2 assist edib.