Maşın səkidə dayanan ana və qızını vurub, biri ölüb

Tarix: 17:38 09.07.2025
Bakının Qaradağ rayonunda ağır qəza baş verib.
Baş Dövlət Yol Polisi İdarəsindən "İnformator.az" a verilən məlumata görə, hadisə Bakı-Qazax avtomobil yolunun 46-cı kilometrliyində, Qaradağ rayonunun Səngəçal qəsəbəsi ərazisindən keçən hissəsində baş verib.
1984-cü il təvəllüdlü Elnur Eynulla oğlu Yaqubov idarə etdiyi 99 AU 092 dövlət nömrə nişanlı "Hunday" markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib yolun kənarındakı səkiyə çıxıb. Nəticədə o, səkidə olan 1974-cü il təvəllüdlü İradə Müslüm qızı Bədirova və onun qızı, 2004-cü il təvəllüdlü Gülnar Rəsul qızı Bədirovanı vurub. Hadisə nəticəsində İ.Bədirova hadisə yerində ölüb, G.Bədirova isə xəstəxanaya yerləşdirilib. Hadisəni törətməkdə şübhəli bilinən sürücü saxlanılıb. Faktla bağlı araşdırma aparılır