Avro manat qarşısında dəyər itirir

Bölmə: İqtisadiyyat › ,
Tarix: 19:48 09.07.2025

Ötən gün Quql tərəfindən verilən avronun 2 manat 50 qəpik olması məlumatı özünü doğrultmadı. Hazırda avronun dollara olan məzənnəsi 1 manat 99 qəpikdir.

"İnformator.az" xəbər verir ki, bu sözləri Referans-a açıqlamasında iqtisadçı-ekspert Akif Nəsirli deyib.

 

“Dünəndən bugünə olan statistika göstərir ki, avro manat qarşısında dəyər itirib. Dünən yayılan kəskin artım informasiyası özünü təsdiqləmədi. Bu ya dezinformasiya ya da “Google”-un texniki səhvi ola bilər. Amma bu səhv böyük ajiotaj yaratdı”.

 

Ekspert qeyd edib ki, əgər avro, həqiqətən də, kəskin bahalaşma performansı edərsə, bu, Avrozonadan idxal olunan məhsulların bahalaşmasına səbəb ola bilər.

 

“Ölkədə manatın dollara olan məzənnəsini Azərbaycan hökümətinin qərarı ilə tənzimlənir. Buna görə də manat üçün də ciddi təhdid yoxdur və avronun bahalaşması da Azərbaycanda dolların qiymətinə təsir göstərmir. Hətta dollar özü də Avropada dəyər itirdikdə bu Azərbaycanda onun qiymətinə təsir etmir. Çünki hökümət hesablanmış qaydada Neft Fondundan götürülən dolları hərraca çıxarmaqla manatı tənzimləyir. Hətta manat ilə dolların özünündəyər itirməsi Azərbaycanda hiss olunmur və sabitlik qorunub saxlanılır. Mən bu siyasəti təsdir etmirəm amma bu gün vəziyyət belədir. Azərbaycanda neftin qiyməti baha olduğuna görə hökümətin manatı sabit saxlamaq imkanları da mövcuddur”.


Akif Nəsirli son olaraq qeyd edib ki, yaxın zamanda manatın dəyər itirməsi, ümumiyyətlə, gözlənilmir.