2024-cü ildə Azərbaycandan Almatıya gedən turistlərin sayı 24% artıb

Tarix: 15:55 12.07.2025
Ötən il Almatıya Azərbaycandan gələn turistlərin sayı isə 24% artıb. Türkiyədən 160,000-dən çox turist gəlib, bu da əvvəlki illə müqayisədə 7% artım deməkdir.
"İnformator.az" "Teleqraf"a istinadən xəbər verir ki, bu barədə Qazaxıstanın Şimbulak Dağ Kurortunun Baş direktoru Rinat Abdrahmanov Türkdilli Dövlətlərin Xizək Kurortları İttifaqının 1-ci Sammitinin rəsmi açılışı zamanı deyib.
O qeyd edib ki, türkdilli ölkələr daxilində səfərlərin daha da aktivləşdiyini sübut edir.
Rinat Abdrahmanov qeyd edib ki, 2024-cü ildə turizm qlobal iqtisadi artımı 12% sürətləndirib ki, bu da orta ÜDM artımından üç dəfə çoxdur:
“Türkiyə turizmdən 61 milyard dollar qazanıb, bu da ÜDM-nin təxminən 12%-idir. Qazaxıstan isə 3.6 milyard dollar gəlir əldə edib və bu pay durmadan artır. Özbəkistan və Azərbaycan da sabit artım nümayiş etdirir”.