“Real Madrid” Lucas Vazquez ilə vidalaşır

Tarix: 21:08 16.07.2025
İspaniya 1-ci Futbol Liqası (“La Liga”) təmsilçisi “Real Madrid” 10 ildir formasını geyinən 34 yaşlı ispaniyalı sağ cinah müdafiəçisi Lucas Vazquez ilə vidalaşır.
Klubdan yayılan açıqlamada bildirilib:
“‘Real Madrid" sabah prezidentimiz Florentino Perezin də iştirakı ilə futbolçumuz Lucas Vazquez üçün rəsmi vida və anım mərasimi təşkil edəcək. Klubumuzun ən böyük əfsanələrindən biri olan Lucas Vazquezə təşəkkür və sevgi hisslərimizi bildirmək istəyirik".
Vazquez 2007-ci ildə 16 yaşında olarkən “Real Madrid”in akademiyasına qoşulub .
İspan futbolçu “Espanyol” klubunda keçirdiyi bir illik icarə dönəmindən sonra, 2015-ci ilin sentyabrında “Real Madrid”in əsas komandasında ilk rəsmi matçına çıxıb.
Sağ cinah müdafiəçisi “Real Madrid”də keçirdiyi 10 mövsümdə ümumilikdə 402 oyunda forma geyinib.
Mənbə: TRT Haber
Nigar Həsənzadə