Suraxanıda 2 mərtəbəli ev yanıb

Bölmə: Hadisə › ,
Tarix: 10:54 17.07.2025

Bakı şəhərinin Suraxanı rayonunda yanğın olub.

 

"İnformator.az" FHN-ə istinadən xəbər verir ki, ümumi sahəsi 240 m² (hər mərtəbəsi 120 m²) olan ikimərtəbəli 7 otaqlı evin ikinci mərtəbəsində 4 otağın yanar konstruksiyaları və dam örtüyü 120 m² sahədə yanıb. Evin qalan hissəsi və bitişik tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.