Rus bölməsi üzrə I sinfə məktəb seçiminə başlanılıb

Bölmə: Sosial › ,
Tarix: 11:12 17.07.2025

Ümumi təhsil müəssisələrinin rus bölməsi üzrə uşaqların I sinfə qəbulu üçün sərbəst qaydada məktəb və müəllim seçiminə start verilib.

 

"İnformator.az" "Report"a istinadən xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən (MÜTDA) məlumat verilib.

 

Bildirilib ki, iyulun 17-si saat 11:00-dan etibarən Abşeron rayonu, Bakı, Sumqayıt və Gəncə şəhərlərindəki ümumi təhsil müəssisələrində rus bölməsi üzrə prioritetlə seçim sistemi ləğv olunub.

 

Bu tarixdən etibarən vətəndaşlar məktəb və müəllim seçimini sərbəst şəkildə həyata keçirə biləcəklər.

 

Qeyd edək ki, seçim prosesi mektebeqebul.edu.az portalı vasitəsilə aparılır.



Bölmədən digər xəbərlər
Təhlükəli infeksion xəstəliklərin profilaktikası artıq gözəllik xidməti sferasında
“İnkişafa Doğru Qadın Təşəbbüsü” İctimai Birliyi tərəfindən “Gözəllik salonlarında təhlükəli yoluxucu xəstəliklərin yayılması əleyhinə təlimlər” adlı layihəyə start verilib.