"İmişli" klubunun hazırlıq planında dəyişiklik baş verib

Bölmə: İdman › ,
Tarix: 20:49 28.07.2025

Yay təlim-məşq toplanışını Bakıda keçirməyi planlaşdıran "İmişli"nin hazırlıq planında dəyişiklik baş verib.

 

Klubdan "İnformator.az"a verilən məlumata görə, bölgə təmsilçisi toplanış məqsədi ilə bu gün Qəbələyə yola düşüb.


Bununla da kollektiv avqustun 3-dək əyalətdə məskunlaşacaq. "İmişli" Qəbələ şəhər stadionunda yerli komanda və "Karvan"la yoxlama görüşlərində qüvəsini sınayacaq.