Bakıda döyüşə yararlı tank mərmisi aşkarlanıb-FOTO

Bölmə: Hadisə › ,
Tarix: 12:24 05.03.2023

Bakıda döyüşə yararlı tank mərmisi aşkarlanıb.

 

Bu barədə "İNFORMATOR.AZ"a Fövqəladə Hallar Nazirliyindən bildirilib.

 

“112” qaynar telefon xəttinə Bakı şəhəri, Binəqədi rayonu ərazisində hərbi sursat aşkar edilməsi barədə məlumat daxil olub.

 

Məlumatla əlaqədar dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin (XRXX) minalardan təmizləmə üzrə çevik qrupu hadisə yerinə cəlb edilib.

 

Hüquq-mühafizə orqanı əməkdaşları ilə birgə ərazidə müvafiq təhlükəsizlik tədbirləri görüldükdən sonra hadisə yerinə baxış zamanı aşkar edilmiş sursatın döyüş tətbiqinə yararlı 1 ədəd 125 mm-lik ZBM-29 tank mərmisi olduğu müəyyən edilib.

 

Sursat XRXX-nin çevik qrupunun mütəxəssisləri tərəfindən zərərsizləşdirilməsi üçün ərazidən götürülərək kənarlaşdırılıb.

 

Hadisə yerində və ona yaxın ətraf ərazidə əlavə axtarış zamanı başqa hər hansı təhlükəli və ya şübhəli əşya aşkar edilməyib