İrandan Azərbaycana 61 kq-dan artıq narkotik keçirilməsinin qarşısı alındı

Bölmə: Sosial › ,
Tarix: 12:23 10.03.2023

Mart ayının 9-da saat 22:20-də Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının "Göytəpə” sərhəd dəstəsinin Biləsuvar rayonunun Yuxarı Ağalı kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisindən sərhəd naryadının sayıqlığı nəticəsində külli miqdarda narkotik vasitələrin qaçaqmalçılıq yolu ilə Azərbaycana keçirilməsinin qarşısı alınıb.

 

Bu barədə İNFORMATOR.AZ-a DSX-in Mətbuat Mərkəzindən məlumat verilib.


Ərazidə keçirilən sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində ümumi çəkisi 61 kiloqram 810 qram narkotik vasitə aşkar olunaraq götürülüb.

 

Fakt üzrə əməliyyat-istintaq tədbiri davam etdirilir.



Bölmədən digər xəbərlər
Beynəlxalq vebinar keçirilib
Beynəlxalq Sosial Təminat Assosiasiyasının (ISSA) təşkilatçılığı ilə “Sosial təminat investisiyaları üçün mühasibat uçotu və maliyyə hesabatı standartları və təcrübələri” mövzusunda beynəlxalq vebinar keçirilib.