Azərbaycan klub prezidenti həbs edildi

Bölmə: İdman › ,
Tarix: 11:22 10.03.2023

İdman klubunun prezidenti külli miqdarda dələduzluqda ittiham olunaraq həbs edilib.

 

"Ağsu Siti" idman klubunun prezidenti Rəmzi Eminli 90 min manatlıq dələduzluqda ittiham edilərək azadlıqdan məhrum edilib.

 

İnformator.az APA-ya istinafən xəbər verir ki, Rəmzi Eminli barəsində həbs qətimkan tədbiri seçilib.

 

Onun cinayət işi ilə bağlı bəzi detallar məlum olub.

 

İttihama görə, klub prezidenti 18 nəfərə müxtəlif formada yalan vəd verərək onları aldadıb.

 

İş üzrə zərərçəkmiş şəxslərə ümumilikdə 93 min manata yaxın ziyan dəyib. Zərərçəkmişlərin içində İkinci Vətən Müharibəsi iştirakçıları da var.

 

Rəmzi Eminli əvvəl istintaqdan yayındığı üçün barəsində həbsli axtarış qərarı çıxarılıb, bir müddət sonra hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.

 

Ona qarşı Cinayət Məcəlləsinin 178.2.2 (Dələduzluq, təkrar törədildikdə) və 178.2.4 (Dələduzluq, xeyli miqdarda ziyan vurmaqla törədildikdə) maddələri ilə ittiham irəli sürülüb.

 

Binəqədi Rayon Məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.