Azərbaycan İsrailə bazalarından istifadəyə icazə verməyəcək

Bölmə: ,
Tarix: 12:37 10.03.2023

Azərbaycan İsrail ordusunun İrana hücum etmək üçün öz bazalarından istifadə etməsinə icazə verməyəcək.


İnformator.az xəbər verir ki, bunu Azərbaycanın İsraildəki səfiri Muxtar Məmmədov “Yerusalim Post” nəşrinə açıqlamasında deyib.


“Azərbaycan lap əvvəldən bəyan edib ki, başqa dövlətlərin daxili işlərinə qarışmayacaq, öz ərazisindən başqa dövlətlərə qarşı istifadə olunmasına imkan verməyəcək. Çünki biz başqa dövlətlərdən də bizim daxili işlərimizə qarışmamasını gözləyirik”, - səfir bildirib.

 

Qeyd edək ki, bir müddət öncə “Haaretz” nəşri İsrailin İrana mümkün hücumları üçün Azərbaycanın öz aerodromlarını hazırladığını yazmışdı.