Zehni gücləndirmək üçün 5 tövsiyə

Bölmə: , Araşdırma › ,
Tarix: 21:52 03.10.2023

1) Gündəlik olaraq etdiyiniz kiçik şeyləri dəyişdirin

Sağ əlinizi istifadə edirsinizsə, günlük ehtiyaclarınızı sol əlinizlə həll etməyə çalışın. Bu gün evə gələrkən fərqli yoldan istifadə edin. Günorta yeməyini fərqli yerdə yeməyə çalışın

2) Hər gün sizi xoşbəxt edən şəkillərə baxmağa çalışın

Hamının estetik düşüncəsi fərqlidir. Sevdiyiniz insanların şəkillərinə və ya mənzərələrə baxa bilərsiniz.


3) Sevdiyiniz musiqini bir müddət gözü bağlı dinləməyə çalışın

Gözləriniz bağlı olduqda beyin ritmə diqqət cəmləməyə çalışır. Həm diqqət mərkəziniz dəyişəcək, həm də fərqində olmadan beyinizin bir neçə funksiyanı işlətmiş olacaqsınız.


4) Açıq havada vaxt keçirin

Beyin açıq havada oksigen ilə daha çox işləyər. Yürüşə çıxın, beyinizi inkişaf etdirəcək üsullardan biridir.


5) Yeriyərkən qollarınızı yellədin

İdmanın yerini tutmasa da, ən azı kiçik hərəkətlər də zehin üçün təsirlidir.

HƏCƏR ƏMİRASLANLI