Avtobusdakı əlbəyaxa dava ilə bağlı cinayət işi açıldı
.jpg)
Tarix: 11:15 14.03.2023
Avtobusda sərnişinlər arasında düşən dava ilə bağlı cinayət işi açılıb.
İNFORMATOR.AZ xəbər verir ki, bunu AZXEBER.COM-a açıqlamasında Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı Nurlan Əliyev bildirib.
"Hadisə Nizami rayonu ərazisində qeydə alınıb. 2001-ci il təvəllüdlü A.Talıblı barədə CM-nin 221.1-ci (xuliqanlıq) maddəsi ilə cinayət işi açılıb. Toplanan materiallar aidiyyəti üzrə məhkəməyə göndərilib”, - deyə DİN rəsmisi əlavə edib.
91 dəfə oxunub