“Millət vəkili ilə dialoq” adlı platformasının növbəti görüşü keçirilib - FOTO +VİDEO

Bölmə: Siyasət › ,
Tarix: 11:37 01.04.2023

 

"XXI Əsr Təhsil Mərkəzi” İctimai Birliyinin Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin maliyyə dəstəyi ilə həyata keçirdiyi “Təhsilalanlar arasında ictimai fəallığın dəstəklənməsi” layihəsi çərçivəsində tələbələrin millət vəkilləri ilə görüşü nəzərdə tutulan “ Millət vəkili ilə dialoq” adlı platformasının növbəti görüşü keçirilib.

İNFORMATOR.AZ xəbər verir ki, Milli Məclisin Gənclər və İdman komitəsinin üzvü, millət vəkili Müşfiq Cəfərovun qonaqları BDU-nun tələbələri Tahir Qurbanlı və Ayan İskəndərli olub.

Əvvəlcə layihə rəhbəri Könül Quliyeva layihənin məqsəd və vəzifələri, görüləcək işlərlə bağlı qısa məlumat verib.

Millət vəkili görüşdə qeyd edib ki, Azərbaycan dövləti tərəfindən gənclərin ictimai həyatda fəallığının artırılması istiqamətində mühüm addımlar atılır. Son zamanlar təkcə paytaxtda deyil, regionda yaşayan gənclərin məşğulluq məsələlərinə xüsusi həssaslıq göstərilir. Dövlət strukturları istedadlı gənclərin üzə çıxarılması, habelə, sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq istəyənlərə yardımların göstərilməsi ilə bağlı bir sıra tədbirlər görməkdədir.

Deputat onu da vurğulayıb ki, gənclərin ictimai fəallığının artırılması onların sosial aktivliyinə, cəmiyyətin inkişafı ilə bağlı tədbirlərdə məhsuldar iştiraklarına müsbət təsirləri var. Bununla yanaşı, gənclərin intellektual inkişafına, onlarda müstəqil düşüncə tərzinin formalaşmasına, təhsil və karyeralarında sərbəst seçim etmələrinin də mühüm rolu vardır.

Sonda M. Cəfərov müasir dövrdə cəmiyyəti, xüsusilə də gəncləri düşündürən aktual problemlərlə bağlı tələbələrin suallarını cavablandırıb.