Türkiyədə evlərin bir kvadrametrinə düşən qiymət min dolları ötüb

Bölmə: İqtisadiyyat › ,
Tarix: 22:54 18.04.2023

Türkiyə Respublikası Mərkəzi Bankı 2023-cü ilin fevral ayına olan Mənzil Qiymətləri İndeksi məlumatlarını açıqlayıb. 

 

İnformator.az Türkiyə mediasına istinadən xəbər verir ki, Türkiyə ortalamasına baxıldığında 2016-cı ilin sentyabrında tarixi zirvəsini görən qiymətlər, 2022-ci ilin avqustunda yeni rekord qırıb. 



2012-ci ilin dekabrında tarixi zirvəsinə çatan İstanbulda rekord ardıcıl olaraq 2023-cü ildə üçüncü dəfə yenilənib. Yanvarda bir kvadratmetrin orta qiyməti 1538 dollar olduğu halda, fevralda 1686 dollara yüksəlib.

 

Açılamaya görə, ən yüksək qiymət artımı Antalyada müşahidə olunur.

 

Aydan