Zelenski təyyarə ümidini bir daha dilə gətirdi

Bölmə: Siyasət › ,
Tarix: 18:11 03.05.2023

Ukrayna prezidenti Volodimir Zelenski Finlandiyada rəsmi səfərdədir. 

 

İnformator.az Türkiyə mediasına istinadən xəbər verir ki, Zelenski Finlandiya prezidenti Sauli Niinistö ilə birgə keçirilən mətbuat konfransında iştirak edib. Görüş zamanı Ukrayna prezidenti bunları deyib: “Tezliklə hücum əməliyyatlarımız olacaq və əminəm ki, bundan sonra bizə təyyarələr veriləcək”.

 

Qeyd edək ki, Ukraynanın uzun zamandır müttəfiqlərindən müasir döyüş təyyarələri vermələrini xahiş etməsinə rəğmən, hələ ki nəticə əldə olunmayıb. Qarşı tərəflər əvvəlcə bunu Rusiya üçün lazımsız yerə sərf etmək istəməmələri ilə, sonra isə texniki problemlərlə izah ediblər.

 

Fatima