"Twitter"dən növbəti maraqlı addım: Qeyri-aktiv hesablar silinəcək

Bölmə: Araşdırma › ,
Tarix: 22:05 08.05.2023

"Twitter"in rəhbəri İlon Mask bir neçə ildir aktiv olmayan hesabların sosial media platformasından silinəcəyini açıqlayıb.

 

İNFORMATOR.AZ TRT Haber-ə istinadən xəbər verir ki, Mask mövzu ilə bağlı "Twitter" hesabında paylaşım edib.

 

Bir neçə ildir aktiv olmayan hesabları təmizləyəcəklərini deyən Mask "Bu səbəblə, yəqin ki, izləyici sayında azalma görəcəksiniz", - deyib.

 

Qeyd edək ki, "Twitter"in siyasətinə görə, istifadəçilər hesablarını aktiv saxlamaq üçün ən azı 30 gündən bir platformaya daxil olmalıdırlar.

 

Məryəm