QHT "Heydər Əliyev müstəqil Azərbaycan dövlətinin memarıdır" adlı tədbir keçirdi-FOTO+VİDEO

Bölmə: Siyasət › ,
Tarix: 16:05 10.05.2023

"İstedadları Tanıyaq və Tanıdaq" ictimai birliyinin təşkilatçılığı ilə Ümummilli Liderimiz Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi münasibətilə "Heydər Əliyev müstəqil Azərbaycan dövlətinin memarıdır" adlı tədbir keçirildi.

 
Tədbirdə Millət vəkilləri Ceyhun Məmmədov, Vüqar İskəndərov, "Tərəqqi" medalı mükafatçısı. Şairə - publisist. -Nəsibə İsrafilqızı (İsmayılova) , "Tərəqqi" medalı mükafatçısı, Finlandiya Azərbaycan Assosiasiyasının sədri, Azərbaycanlı Qadınlar Cəmiyyətinin rəhbəri Arzu Oqtay, "Uşaqların Gələcəyi Naminə" İctimai Birliyinin sədri, hüquqşünas Könül Quliyeva, Ahıllara və Tənhalara Dəstək" İctimai Birliyinin sədri Ruhiyyə Məmmədova, UNİTY CENTR- Uşaq sağlamlıq və Nitq İnkişaf mərkəzinin rəhbəri Dr.Kamilə Babayeva, UNİTY CENTR- Uşaq sağlamlıq və Nitq İnkişaf mərkəzinin baş psixoloqu Rəhimə Məmmədli, Psixoloq Nailə Qasımova, şəhid Fəxri Məmmədovun anası Kəmalə Fəxri, Şəhid Ağacavad Mütəllimzadənin anası –Nailə Mütəllimzadə, Şəhid Ramin Əliyevin yoldaşı Natiqə xanım, Birinci Qarabağ müharibəsi qazisi, Prezident təqaüdçüsü Afaq Sadıxova, müəllimlər, ictimaiyyət nümayəndələri iştirak etdi.


İlk öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi,.Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.


Çıxış edən qonaqlar Ulu öndərin şərəfli ömür yolundan bəhs edərək bildirib ki, bu gün tariximizdə onun silinməz izi var. Çıxışlarda vurğulanıb ki, Müzəffər Ali Baş Komandan, ata vəsiyyətini ləyaqətlə yerinə yetirən Prezident cənab İlham Əliyev uzaqgörən siyasəti, düşünülmüş islahatları və müdrik qərarları ilə müstəqil Azərbaycanı dinamik inkişaf yoluna çıxarıb.
Daha sonra tədbirin bədii hissəsi Əməkdar artist Rəhilə Bəndəliyeva, Vətənpərvər mahnıların məşhur ifaçısı Sevda Mustafayeva, xanəndə metodist Vəsilə Quliyeva və İstedadları Tanıyaq və tanıdaq İB-nin üzvlərinin çıxışları ilə davam edib. Sonda tədbirdə fəal iştiraka görə çıxış edən istedadlı məktəblilər və gənclərə diplom və hədiyyə təqdim olundu. Xatirə şəkli çəkdirildi.