Kanadadan İsrail-Fələstin münaqişəsinə münasibət

Bölmə: Siyasət › ,
Tarix: 22:51 12.05.2023

Kanada Xarici İşlər Nazirliyi İsrail və Fələstin arasında artan gərginliklə bağlı açıqlamalar verib.

 

İnformator.az xarici mediaya istinadən xəbər verir ki, Kanada rəsmiləri İsrail və Qəzza arasındakı baş verən gərginlikdən narahat olduqlarını ifadə ediblər: "Qəzzada və İsraildə mülki əhalinin faciəvi şəkildə həlak olması bizi kədərləndirir. Bütün mülki şəxslər qorunmalı və beynəlxalq hüquq standartlarına hörmət edilməlidir".

 

Kanada həmçinin, İsrailin raket hücumunu pisləməklə yanaşı, İsrailin insan hüquqlarına və beynəlxalq humanitar hüquqa uyğun olaraq, öz təhlükəsizliyini terror hücumlarından müdafiə etmək haqqının olduğunu bəyan edib. Eyni zamanda Kanada münaqişə tərəflərini daha çox mülki itkilərin qarşısını almaq üçün dərhal gərginliyi azaltmağa çağırır.

 

Fatima