Makron və Zelenskinin Paris görüşü

Bölmə: Siyasət › ,
Tarix: 20:58 15.05.2023

Fransa prezidenti Emmanuel Makron və Ukrayna prezidenti Vladimir Zelenskinin Parisdə görüşü baş tutub.

 

İnformator.az CNN-ə istinadən xəbər verir ki, Makron və Zelenskinin Parisdə təxminən 3 saat davam edən görüşü ilə bağlı verilən ortaq yazılı açıqlamaya görə, iki lider Ukrayna-Rusiya müharibəsini pisləyib.

 

Görüşdə Rusiyanın öz hərbi qüvvələrini Ukrayna ərazisindən dərhal və qeyd-şərtsiz çıxarmalı olduğu vurğulanıb. Fransa və Ukrayna Rusiyanı Zaporojye Atom Elektrik Stansiyasından çıxmağa çağırıb.

 

Bəyanatda Fransanın Ukraynanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyünə sadiq olduğu vurğulanıb. Paris rəhbərliyinin lazım olduğu müddətcə Ukraynaya dəstəyini davam etdirəcəyinə diqqət çəkən açıqlamada Fransanın önümüzdəki həftələrdə çoxlu batalyona təlim keçəcəyi, onları onlarla zirehli maşın və yüngül tankla təchiz edəcəyi vurğulanıb.

 

Nahid