Ərdoğandan zəlzələ bölgəsində yaşayanlara şad xəbər

Bölmə: Sosial › ,
Tarix: 15:41 25.05.2023

Türkiyə prezidenti Ərdoğan zəlzələ bölgəsində yaşayanlara sevindirici xəbər verib.

 

İnformator.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, fevral ayında Türkiyədə baş verən zəlzələ nəticəsində evləri ağır və orta dərəcədə ziyan çəkən sakinlərin elektrik enerjisi və təbii qaz borcları silinib.

 

Bununla bağlı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan qərar imzalayıb.

 

Qərara görə, Kahramanmaraş, Hatay, Qaziantep, Osmaniyə, Malatya, Adıyaman, Adana, Diyarbəkir, Kilis və Şanlıurfada yaşayan vətəndaşlardan zəlzələ günündən əvvəlki təbii qaz və elektrik enerjisi borcları sakinlərdən alınmayacaq.

 

 



29 dəfə oxunub