G7 rəsmiləri süni intellektlə bağlı bir araya gələcək

Bölmə: Dünya › ,
Tarix: 21:26 26.05.2023

G7 rəsmiləri növbəti həftə süni intellekt alətlərinin yaratdığı problemləri müzakirə etmək üçün toplaşacaqlar.

 

İnformator.az xarici KİV-ə istinadən xəbər verir ki, G7 liderləri ötən həftə sürətlə böyüyən süni intellekt alətləri ilə bağlı məsələləri müzakirə etmək üçün “Hirosima Süni İntellekt Prosesi” adlı hökumətlərarası forum yaratmaq barədə razılığa gəliblər.

 

Yaponiyanın rabitə naziri Takeaki Matsumoto bildirib ki, rəsmilər əqli mülkiyyətin qorunması, dezinformasiya və texnologiyanın idarə olunması kimi məsələləri müzakirə etmək üçün mayın 30-da ilk işçi səviyyəli süni intellekt iclasını keçirəcəklər.

 

Şəbnəm



22 dəfə oxunub