ABŞ və Yaponiyanın birgə təhlükəsizlik qərarı

Bölmə: Dünya › ,
Tarix: 18:02 01.06.2023

ABŞ müdafiə naziri Lloyd Ostin Hind-Sakit okean regionuna səfəri çərçivəsində Yaponiyada müdafiə naziri Yasukazu Hamada ilə görüşü baş tutub.

 

İnformator.az CNN-ə istinadən xəbər verir ki, görüş zamanı Pxenyan yönümlü təhlükəsizlik riski, eləcə də Çinin bölgədəki fəaliyyəti və Rusiyanın Ukraynaya qarşı müharibəsi kimi məsələlər müzakirə edilib. Ostin görüşdən sonra “Şimali Koreyanın təhlükəli və qeyri-sabit nüvə fəaliyyəti və raket proqramı regionda sülh və sabitliyi təhdid edir”, - deyə qeyd edib.

 

Austin Çinin qaydalara əsaslanan nizamı pozmaq cəhdlərindən narahatlığını ifadə etməklə yanaşı, bu həftə sonu Sinqapurda iştirak edəcəyi konfransda Çinin müdafiə naziri Li Şanqunun onunla görüşməkdən imtina etməsini "bədbəxt bir vəziyyət" adlandırdı. Li ilə ünsiyyətə hər zaman açıq olduğunu vurğulayan Ostin Rusiyanın Ukraynaya qarşı müharibəsini “qəddar və səbəbsiz” kimi qiymətləndirib.

 

Görüşdə Yaponiyanın müdafiə naziri Hamada Cənubi Koreya, Avstraliya və Cənub-Şərqi Asiya Ölkələri Assosiasiyası ilə də iki ölkə arasında təhlükəsizlik sahəsində əməkdaşlığın dərinləşdirilməsi və regionda təhdidlərlə mübarizədə daha sıx təmasların aparılması üçün razılaşma əldə etdiklərini bildirib. Gərgin təhlükəsizlik mühitinin çoxlu əməkdaşlıq tələb etdiyini ifadə edən Hamada "Yalnız Yaponiya və ABŞ arasında deyil, Cənubi Koreya, Avstraliya və ASEAN (Cənub-Şərqi Asiya Ölkələri Birliyi) ölkələri arasında da əməkdaşlığın vacibliyini bir daha təsdiq etdik", - deyə vurğulayıb.

 

Fatima