Amazon məxfilik pozuntusuna görə 25 milyon xərcləyəcək

Bölmə: Dünya › ,
Tarix: 18:30 01.06.2023

Amazon uşaqların məxfiliyinin pozulmasına görə 25 milyon dollar ödəyəcək.

 

İnformator.az BBC News-a istinadən xəbər verir ki, Amazon Aleksa səs yazısı ilə uşaqların məxfilik hüquqlarını pozduğuna dair iddialara son qoymaq üçün 25 milyon dollar ödəyəcək. Şirkət valideynlərin tələbinə rəğmən Aleksanın qeydlərini silməməkdə ittiham edildikdən sonra ABŞ Federal Ticarət Komissiyasına (FTK) pul ödəməyə razılaşıb.

 

Şirkətin illərdir ki, həssas məlumatları saxladığı aşkar edilib. FTK-nın Alexa ilə bağlı şikayətinə görə, Amazon istifadəçilərinin, o cümlədən valideynlərin sistem tərəfindən toplanmış səs yazılarını silə biləcəklərini təmin edib.

 

Şikayətdə isə deyilir ki, şirkət bunu etməyib, məlumatları illərlə saxlayıb və Aleksa alqoritmini təkmilləşdirmək üçün onlardan qanunsuz istifadə edib. FTK İstifadəçiləri Hüquqlarının Müdafiəsi Bürosunun direktoru Samuel Levine Amazonu valideynləri aldatmaqda, uşaqların qeydlərini qeyri-müəyyən müddətə saxlamaqda və valideynlərin tələblərini pozmaqda günahlandırıb. 

Gülay