Trampın səs yazısı ortaya çıxdı

Bölmə: Siyasət › ,
Tarix: 19:40 01.06.2023

ABŞ-da prokurorluq keçmiş prezident Donald Trampın vəzifədən getdikdən sonra məxfi sənədləri saxladığına dair səs yazısının ələ keçirildiyini açıqlayıb.

 

İnformator.az CNN-ə istinadən xəbər verir ki, prokurorlar Trampın vəzifəsindən getməzdən əvvəl İrana qarşı hücum planı ilə bağlı gizli Pentaqon sənədini özü ilə apardığını dediyi səs yazısını ələ keçirib. Səs yazısında Trampın əlində olan sənədlərdəki məlumatları başqaları ilə bölüşmək istədiyi də bildirilir.

 

Bundan əlavə, qeydlərdə Trampın 2021-ci ilin iyul ayında Bedminster Qolf Klubunda etdiyi çıxışlarda vəzifəsindən ayrıldıqdan sonra Ağ Evdən bəzi sənədləri Floridadakı Mar-a-Laqo malikanəsinə apardığına dair iddiaları təsdiqləyən ifadələr də yer alıb.

 

Aydan