Avropa Parlamenti üzvlərindən Macarıstana etiraz

Bölmə: Dünya › ,
Tarix: 20:05 01.06.2023

Avropa Parlamenti (AP) Macarıstanın 1 iyul 2024-cü il tarixindən 6 ay müddətinə Avropa İttifaqına (Aİ) sədrlik etmək üçün uyğun ölkə olmadığına qərar verib.

 

İnformator.az CNN-ə istinadən xəbər verir ki, qərarın səbəbi kimi Macarıstanda baş nazir Viktor Orban və hökumətinin yaratdığı “demokratik geriləmə” göstərilib. 144 əleyhinə 442 səslə qəbul edilən məcburi olmayan qərar məsləhət xarakteri daşıyır və Aİ qanunvericiliyinə görə heç bir sanksiya səlahiyyətinə malik deyil.

 

Avropa Parlamentinin bir çox deputatı hesab edir ki, Macarıstanın sədrliyi əğv edilməli və bu vəzifə növbəti ölkəyə verilməlidir. Onlar bu vəziyyətin “qanunun aliliyini pozduğunu” və “Aİ qaydalarına uyğun gəlmədiyini” iddia edirlər.

 

Sayad