NATO-nun baş katibi ilə Ərdoğanın görüşü olacaqq

Bölmə: Dünya › ,
Tarix: 20:43 01.06.2023

NATO-nun baş katibi Yens Stoltenberq Prezident Rəcəb Tayyib Ərdoğanla İsveçin NATO üzvlüyü məsələsini müzakirə etmək üçün yaxın vaxtlarda Ankaraya gedəcəyini açıqlayıb.
 
İnformator.az Türkiyə mediasına istinadən xəbər verir ki, Stoltenberq bildirib ki, "İsveçdə bu gündən etibarən yeni antiterror qanunu qüvvəyə minəcək. Bu, İsveçin təkcə Türkiyənin deyil, terror təşkilatı olan PKK-nın da daxil olduğu terrorla mübarizəni sürətləndirmək üçün yeni addımlar atdığını göstərir".
 
NATO-nun baş katibi Yens Stoltenberq Norveçin paytaxtı Osloda keçirilən NATO Xarici İşlər Nazirlərinin Qeyri-rəsmi Toplantısı öncəsi açıqlama verib. İyulda Litvanın paytaxtı Vilnüsdə keçiriləcək sammitə hazırlıq çərçivəsində görüşdə Ukrayna başda olmaqla bir çox mövzunun müzakirə ediləcəyini bildirən Stoltenberq görüşün hərtərəfli gündəminin olduğunu bildirib. NATO müttəfiqləri və tərəfdaşlarının son aylarda Ukraynaya görünməmiş dəstək verdiyini xatırladan Stoltenberq qeyri-rəsmi toplantıda Ukraynanın NATO-ya üzvlük hədəflərinin də qiymətləndiriləcəyini bildirib. Bütün müttəfiqlərin Ukraynanın Alyansa üzv olacağı mövzusunda həmfikir olduğunu bildirən Stoltenberq Moskvanın NATO-nun genişlənməsinə veto qoymaq hüququna malik olmadığını qeyd edib.
 
Rusiyanın bu müharibədə qalib gəlməməsinin lazım olduğunu vurğulayan NATO-nun baş katibi Stoltenberq "Ukraynanın bu müharibədə qalib gəlməsini təmin etməliyik. Müharibə bitəndə tarixin təkrarlanmamasını və Rusiyanın təcavüzünün bir daha yaşanmamasını təmin etməliyik" deyib.