Lionel Messi "Paris Saint Germain" üçün son oyununa hazırlaşır

Bölmə: İdman › ,
Tarix: 23:10 01.06.2023

Lionel Messi Paris Saint-Germain üçün son oyununu şənbə günü gerçəkləşdirəcək.

 

İnformator.az CNN Sporta-a istinadən xəbər verir ki, baş məşqçisi Kristof Qaltye "Paris Saint-Germain"in hücumçusu Lionel Messinin klubda son oyununu şənbə günü keçirəcəyini bildirib. Messinin hazırkı müqaviləsi iyunda başa çatır, amma onun gələn mövsüm hansı futbol klubda oynayacağı ilə bağlı çoxlu fərziyyələr var.

 

Messinin Paris tərəfini tərk edəcəyi gözlənilirdi. Qaltye komandanın Clermont Foot-a qarşı mövsümün son oyunu olduğunu təsdiqləyib:


“Futbol tarixinin ən yaxşı oyunçusu ilə çalışmaq şərəfinə nail olmuşam. Bu, onun Parc des Princes-dəki son oyunu olacaq və ümid edirəm ki, o, səmimi qarşılanacaq”,- deyə Galtier qeyd edib.


Qeyd edək ki, 35 yaşlı Messi Argentinanı Qətərdə Dünya Çempionatına aparıb və bu mövsüm Liqa 1 çempionu olub.

 

Gülay