Birce Akalaydan izləyicilərinə xəbərdarlıq

Bölmə: Sosial › , Hadisə › , Maraqlı › ,
Tarix: 23:39 01.06.2023

Sosial mediada özünü dostu kimi təqdim edən kibercinayətkar tərəfindən aldadılmaqdan son anda xilas olan aktrisa Birce Akalay izləyicilərinə xəbərdarlıq edib.

 

 

İnformator.az bildirir ki, hadisədən sonra Akalay İnstaqram hesabındakı paylaşımında izləyicilərinə xəbərdarlıq edərək: "Dostlar, kibercinayətkarlar iş başındadırlar! Onlar maskalanaraq hesablarınıza giriş əldə etməyə çalışırlar. Özünü dost kimi təqdim edərək və ya müxtəlif hiylələrlə hesablarınıza daxil olmaq istəyirlər. Diqqətli olun! Əmin olana qədər müxtəlif səbəblərdən səs istəyin. Göndərdikləri linklərə parollarınızı daxil etməyin. Mən bayaq son anda tələyə düşməkdən qurtuldum" deyə bildirib.