Co Bayden yıxıldı

Bölmə: Dünya › ,
Tarix: 15:05 02.06.2023

ABŞ-nin prezidenti Joe Biden növbəti dəfə yıxılıb. 

 

İnformator.az xarici mediaya istinadən bildirir ki, Amerika prezidenti Co Bayden Kolorado ştatında Amerika Hərbi Hava Qüvvələri Akademiyasının məzun mərasimində iştirak edib. Mərasimdə bir tələbəyə diplomu təqdim etdikdən sonra stulda əyləşib. Bu zaman səhnədə ayağı sürüşərək dizləri üstə yıxılıb. 

 

Qeyd edək ki, Ağ Evin kommunikasiyalar üzrə koordinatoru tədbirdən sonra Twitter-də açıqlama verib. O, Baydenin səhnədəki qum torbasına ayağının ilişdiyini, hazırda isə vəziyyətinin yaxşı olduğunu bildirib. 

 

Fatimə