Türkiyə parlamentində andiçmə mərasimi keçiriləcək

Bölmə: Dünya › ,
Tarix: 16:16 02.06.2023

Bu gün Türkiyə Böyük Millət Məclisində 28-ci qanunvericilik dövrü başlayır.

 

İnformator.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, Dövlət Baxçalının sədrliyi ilə keçiriləcək iclasda millət vəkilləri and içəcəklər. Andiçmə mərasimini Rəcəb Tayyib Ərdoğan da onun üçün ayrılmış lojadan izləyəcək.

 

Millət vəkili kürsüdən Konstitusiyadakı and mətnini ucadan oxuyacaq. Onlar öz seçki dairələri, soyadları və adları üzrə and içəcəklər. Beləliklə, millət vəkilləri rəsmi olaraq vəzifələrinə başlayacaqlar. Hər hansı səbəbdən ilk iclasda iştirak edə bilməyən millət vəkilləri daha sonra and içə biləcəklər.

 

İyunun 3-də isə növbəti dəfə Türkiyə  prezidenti seçilən Rəcəb Tayyib Ərdoğan parlamentdə and içəcək.