Hollivud tətili Cennifer Lopezdən də yan keçmədi

Bölmə: Dünya › ,
Tarix: 21:41 05.06.2023

Aktyorluq karyerasını bir-birinin ardınca çəkdiyi filmlərlə davam etdirən Cennifer Lopezin son proyekti böyük marağa səbəb olub. 

 

İnformator.az xarici mediaya istinadən xəbər verir ki, filmdə Lopez Jharrel Jerome ilə birlikdə rol alır. Ssenaridə ABŞ-ın Arizona ştatında milli çempionatda qalib gələn birayaqlı amerikalı güləşçi Entoni Roblesin hekayəsindən bəhs edilir. 

 

ABŞ mətbuatı yazıçının davam edən tətili səbəbindən filmin dayandırıldığını bildirib. Tətilçilər etiraz üçün Cənubi Kaliforniya universitetinə getdiklərinə görə ötən həftə oradakı çəkilişlər dayandırılıb. 

 

Qeyd edək ki, Lopezin "Unstoppable" layihəsi tətil səbəbiylə dayandırılan yeganə layihə deyil. Bu günə qədər bir çox film və serialları da tətilin təsirinə məruz qalıb.

 

Sayad