Till Lindemann cinsi istismarda ittiham olunur

Bölmə: Hadisə › ,
Tarix: 23:05 07.06.2023

Almaniyanın dünyaca məşhur “Rammstein” hard-rok qrupunun solisti Till Lindemann konsertinə gələn qadınlara qarşı cinsi istismarda ittiham olunur.

 

İnformator.az “The Guardian”a istinadən xəbər verir ki, Almaniyanın dövlət naziri Rot da qalmaqalla bağlı açıqlama verib. İddialar qrupun mayın 25-də Litvanın paytaxtı Vilnüsdə keçirilən konsertinə qatılan 24 yaşlı Şelbi Lin adlı Şimali İrlandiyalı fanat tərəfindən gündəmə gətirilib.

 

Rammstein İnstaqram sosial şəbəkəsində "hər cür hücumu qınadıqlarını" bildirən paylaşım edib və pərəstişkarlarını qərəzli davranmamağa çağırıb.