Filippin vulkan püskürmə ehtimalına qarşı tədbirlərə başladı
Bölmə: Hadisə › ,Tarix: 21:58 09.06.2023
Filippində püskürmə baş vermə ehtimalına qarşı Mayon vulkanı ətrafında təxliyələrə başlanılıb.
İnformator.az apnews-a istinadən xəbər verir ki, Filippinin paytaxtı Manilada Mayon vulkanının püskürməsi ehtimalı ilə bağlı xilasetmə qrupları ilə yanaşı, polis və əsgərlər də təxliyyə işlərinə dəstək verib.
Filippin prezidenti Ferdinand Markos təhlükəli ərazidən evakuasiyaların davam etdiyini bildirib və böhrandan zərər çəkənlərə yardım edəcəklərinə söz verib.
Ölkənin ən aktiv vulkanı olan Mayonu əhatə edən 6 kilometr genişlikdəki ərazi qadağan zona olsa da, filippinli kəndlilər burada məskunlaşmağa və əkinçiliklə məşğul olmağa davam edirlər.Mayon vulkanının 2018-ci ildə püskürməsi on minlərlə insanın evlərini tərk etməsinə səbəb olub.
Qeyd edək ki, Filippin Sakit okeanda zəlzələlərin və vulkan püskürmələrinin intensiv olduğu "Yanğın kəməri" adlanan qırılma xəttində yerləşir.
Aydan