Tvitter işçiləri əlavə ödənişləri verməyən şirkəti məhkəməyə verib
Bölmə: Hadisə › ,Tarix: 23:18 21.06.2023
Tvitter işçilərin 2022-ci il üçün mükafatlarını ödəməkdən imtina etməsi ilə bağlı məhkəmə iddiası ilə üz-üzə qalıb.
İnformator.az NTV-yə istinadən xəbər verir ki, Tvitter işçiləri 2022-ci ildə onlar üçün nəzərdə tutulan mükafatları ödəmə vədinə əməl etməyən şirkəti məhkəməyə verib. Oktyabrda İlon Mask şirkəti satın aldıqdan sonra Tvitter-in illik nağd bonus ödənişləri dayandırılıb.
Şikayətçilərin iddialarına görə, Mask şirkəti alan vaxtdan etibarən işçilərə ödənişlərin ediləcəyi ilə bağlı vədlər verib. Amma bu günə qədər vədlərin yerinə yetirilmədiyi bildirilib.
Aydan