İranda toz fırtınası: 330 nəfər xəstəxanaya yerləşdirildi

Bölmə: Hadisə › ,
Tarix: 13:02 25.06.2023

Son üç sutkada İranın Sistan-Bəlucistan əyalətində müşahidə edilən toz fırtınası nəticəsində 330 nəfər xəstəxanaya yerləşdirilib.

 

İnformator.az İranın rəsmi agentliyi İRNA-ya istinadən bildirir ki, Sistan-Bəlucistan Böhran İdarəetmə İdarəsinin baş direktoru Məcid Mohibbi məsələ ilə bağlı açıqlama verib. O, vilayətin Zabul, Zehek, Hamun, Hirmend və Nimruz şəhərlərində toz fırtınasının daşıdığı incə toz səbəbilə son üç gündə 330 nəfərin xəstəxana və tibb mərkəzlərinə müraciət etdiyini bildirib. Xəstəxanalara aparılan 273 nəfərin evə buraxıldığını qeyd edən Mohibbi 57 nəfərin müalicəsinin davam etdiyini əlavə edib.

 

Sistan-Bəlucistan Meteoroloji Proqnoz və Xəbərdarlıq Mərkəzindən verilən açıqlamada vilayətin şimal bölgələrində toz fırtınasının bazar ertəsi gününə qədər davam edəcəyini və küləyin sürətinin saatda 100 kilometrə çatacağını təxmin ediləcəyi bildirilib. Sözügedən qurumdan ürək və tənəffüs sistemi xəstəlikləri olan insanlara havada tozun çox olması səbəbindən çölə çıxmamamaları barədə xəbərdarlıq edilib.