ABŞ-da silahlı hücum: 2 ölü, 28 yaralı

Bölmə: Hadisə › ,
Tarix: 11:40 03.07.2023

ABŞ-da ötən gecə baş verən silahlı hücum nəticəsində 28 nəfər yaralanıb, 2 nəfər isə həyatını itirib.

 

İnformator.az Türkiyə mediasına istinadən xəbər verir ki, ABŞ-da Baltimor Polis Şöbəsinin verdiyi açıqlamaya görə, silahlı hücumda 18 yaşlı qadın hadisə yerində, 20 yaşlı gənc isə xəstəxanaya aparılarkən dünyasını dəyişib. Hücum zamanı 3-ü ağır olmaqla 28 nəfər yaralanıb.

 

Komissar vəzifəsini icra edən Riçard Uorli mətbuat konfransında atışmanın gecə yarısı şəhərin cənub hissəsində küçə şənliyi zamanı baş verdiyini və hücum edənlərin axtarıldığını açıqlayıb.

 

Qeyd edək ki, Skott silahlı hücumların ən çox yaşandığı şəhərlərdən biri olan Baltimorda keçirilən bələdiyyə seçkilərində “silah zorakılığının azaldılması vədi ilə” qalib gəlmişdi.

 

ABŞ Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzlərinin (CDC) son mövcud statistik məlumatlarına görə, silahla bağlı xəsarətlərdə ilbəil artım müşahidə olunur. Buraya həm silahlı qətllərin, həm də silahlı intiharların rekord sayı daxildir.

 

Aydan Qasımova