Messinin İnter Mayamidəki maaşı bəlli oldu

Tarix: 22:19 03.07.2023
Ulduz futbolçu Lionel Messinin İnter Mayamidəki maaşı 60 milyon dollar olacaq.
İnformator.az Marcaya istinadən xəbər verir ki, dünya şöhrətli futbolçu qazancı 50-60 milyon dollar arası olacaq.
Klubun prezidenti Jorge Masın sözlərinə görə, o 3 ildir ki, Mesini razı salmağa çalışırmış.
Mas bütün dünya çempionatını, məhşur futbolçunun və Argentinanın oyunlarını izləyərək keçirdiyi dilə gətirərək bunun da transferdə çox böyük rol oynadığənı xatırladıb.
Qeyd edək ki, 36 yaşlı Messi karyerası ərzində 875 oyunda 710 qol vurub və 339 məhsuldar ötürmə edib.