OceanGate biletləri hələ də reklamdadır - FOTO
Bölmə: Hadisə › ,Tarix: 22:05 05.07.2023
Beş nəfərin həyatını itirdiyi titan faciəsindən bu günə qədər OceanaGate şirkəti ekspedisiyalarla bağlı heç bir addım atmayıb.
İnformator.az xarici KİV-ə istinadən xəbər verir ki, Titaniki görmək üçün 2024-cü ilə planlaşdırılan səfərlər hələ də saytda reklam olunur. Maraqlıdır ki, 7 gecə 8 günlük səyahətlə bağlı məlumatlar olduğu kimi qalır.
"Titaniki öz gözləri ilə görən nadir şəxslərdən biri olun" sözləri yazılan satış səhifəsində 2024-cü il üzrə birinci turun iyunun 12-dən 20-dək, ikinci turun isə 21-29 iyun tarixlərində keçirilməsi planlaşdırıldığı qeyd olunur.
Xatırladaq ki, “Titanik” gəmisinin qalıqlarını ziyarət etmək üçün yola çıxan “Titan” sualtı gəmisi səyahət zamanı tur operatorları ilə əlaqəni kəsib. Sualtı qayıqda qapalı qalan və əlaqə saxlamaq mümkün olmayan 5 nəfər arasında britaniyalı milyarder Hamiş Hardinq, OceanGate-in baş direktoru Stockton Rush, Fransa Hərbi Dəniz Qüvvələrinin veteranı PH Nargeolet, pakistanlı iş adamı Şahzadə Davud və oğlu Süleyman da olub.
Bir neçə gün sonra "Titanik"in qalıqları arasında yoxa çıxan sualtı qayıq "Titanik"dən təxminən 500 metr aralıda tapılıb. Sualtı qayığın sahibi OceanGate içəridəki 5 nəfərin hamısının həlak olduğunu açıqlayıb.
Nəzrin Malik