Kiyevdə məhkəmə binasında partlayış baş verib: Əl qumbarası iddiası

Bölmə: Hadisə › ,
Tarix: 22:14 05.07.2023

Ukraynanın paytaxtı Kiyevdə məhkəmə binasında partlayış baş verib. Partlayış nəticəsində ölən və ya yaralananların olub-olmadığı barədə hələlik məlumat yoxdur.

 

İnformator.az NTV-yə istinadən xəbər verir ki, Ukraynanın paytaxtı Kiyevdə məhkəmə binasında partlayış baş verərkən şübhəlinin əl qumbarasını işə saldığı iddia edilib. Kiyev Şəhər Hərbi İdarəsindən verilən açıqlamada partlayışın yerli vaxtla saat 17.20-də paytaxtın Şevçenski rayon məhkəməsində baş verdiyi bildirilib.

 

İlkin məlumata görə, konvoyla məhkəməyə gətirilən təqsirləndirilən şəxs məhkəmənin tualetində naməlum partlayıcı maddəni işə salıb və hadisə yerinə təcili tibbi yardım qrupları göndərilib. Ukraynanın daxili işlər naziri İqor Klimenko sosial media hesabından verdiyi açıqlamada polis qruplarının, xüsusi təyinatlıların və partlayıcı mütəxəssislərin hadisə yerində işə başladığını bildirib.

 

Partlayışın təfərrüatlarının aydınlaşdırılması istiqamətində işlərin davam etdiyinə diqqət çəkən Klimenko şəhər sakinlərini sakit olmağa və hadisə yerindən uzaq durmağa çağırıb. Partlayış nəticəsində ölən və ya yaralananların olub-olmadığı barədə hələlik məlumat yoxdur.

 

Yerli xəbər mənbələri məhkəməyə gətirilən və orada qumbara partlatmaqda təqsirləndirilən şəxsin adının İqor Qumenyuk olduğunu bildirib. Qumenyukun 2015-ci ildə Ukrayna parlamentinə "qumbaraatan hücumu" ilə bağlı şübhəlilərdən biri olduğu öyrənilib.