Azarkeşsiz qalan tribunalar - Sorğu

Bölmə: İdman › ,
Tarix: 23:05 06.07.2023

 

Futbol dünyada ən populyar idman növüdür. Planetin dörd bir yanından irq, cins, din fərq etmədən insanlar toplaşaraq birlikdə futbol oyunlarını izləyirlər. Doxsan dəqiqənin hökmü çox böyükdür. Bu 2 saata yaxın yaşıl meydançada baş verənlər insanları həm sevindirə, həm də kədərləndirə bilir. Ağır və yorucu iş sonrası əylənməyin, həmçinin yorğunluğun çıxmağının ən yaxşı variantı mükəmməl bir oyun izləməkdən keçir.

 

Ölkədə də bu idman növünə maraq genişdir. Çempionatın ən uğurlu komandalarından biri olan Qarabağ futbol klubunun azarkeşlərinin sayı bu dediklərimə əsas kimi göstərilə bilər. Azərbaycan futbolunun bir çox problrmləri mövcuddur. Bu məqamlardan biri çempionluq oyunlarında-MİSLİ PREMYER LİQASINDA stadionlardakı tribunaların sahibsiz-azərkşesiz qalmalarıdır.

 

Mövsüm boyu 100-dən çox qarşılaşma olur. Tribunların isə 30 faizi belə dolmur. Əhali arasında keçirdiyim sorğu anketinin nəticələrini analiz etdikdən sonra bu problemin səbəblərini aydınlaşdıra bildim.

 

İlk növbədə əksər stadionlara girişin ödənişli olması əhalini uzaqlaşdırır. Bakı ərazisində Qarabağın Azərsun Arena, Neftçinin Bakcell Arena- indiki 8km stadionlarındakı maçlar ödənişlidir. Biletlərin minimum qiyməti 5 AZN-dən başlayır, yerinə görə 20 AZN-ə qədər yüksəlir. Qiymətlərin normal olduğunu deyənlər də ola bilər. Ancaq nəzərə almaq lazımdır ki, stadiona gedib 90 dəqiqə müddətində dünyanın dərd-zillətini unudacaq olan insanların bəzən o pulu da verməyə imkanları olmur.

 

Biri Suraxanı, digəri Qara Qarayev ərazisində yerləşən futbol mərkəzləri şəhərdən uzaq mövqedə inşa edilib. Şəhərdən qeyd etdiyim nöqtələrə çatmaq da müəyyən məbləğ tələb edir.

 

Futbol izləyicilərinin stadionlara üz tutmamasının digər əsas səbəbi liqadakı rəqabətsizlikdir. Nəzərə alaq ki, Misli premyer liqasında 10 klub çempionluq uğrunda mübarizə aparır. Azərbaycandakı futbol səviyyəsini göz önündə tutsaq, bu çox doğru arqumentidr. İllərdir Qarabağın çempionluğu hələ mövsümün ilk günlərindən təyin etməsi, liqaya marağı öldürür. Son zamanlar isə Sabah klubunun rəqabətə qoşulması az da olsa çempionatı dirildib.

 

Stadionların şəraitsizliyi də insanları tribunadan uzaqlaşdıran amillərdəndir. Ən böyük ultraslarına sahib olan Qarabağ və Neftçi futbol komandalarının ev oyunlarını keçirdikləri stadionların vəziyyəti ürəkaçan vəziyyətdə deyil. Tozlu oturacaqlar, qırıq-sökük tribunalar, natəmizlik baş alıb gedir. Məgər ölkə xaricinə səs salan klubların imkanı çatmırmı oyunlarını sərgilədikləri məkanı səligə-səhmana salsınlar?

 

Digər stadionlar haqqında danışmadan da ağlınızda müəyyən mənzərə formalaşmalıdır. Avrokuboklarda mübarizə aparanların halı acınacaqlıdırsa, digərlərindən söz açmağa da dəyməz. Azarkeşlərə hörmət qoyulmursa, onlardan nə isə tələb etməyə də haqq yoxdur. Soyuqda, istidə, qarda, borandaaçıqlıqda olan stadionlara gəlib komandalarına dəstək olan futbolsevərlər laqeyd münasibət qarşısında hər şeyə küsürlər.

 

Keçid alaq sorğunun nəticələrinə: Sorğuda iştirak edәn insan sayının az olmasına baxmayaraq, әhali arasında apardığım kiçik müşahidәlәrimi dә diqqәtinizә çatdıracağam. Stadionlara üz tutan vә getmәyәnlәrin faizi bәrabәrәdir. Ancaq, әksәr insanlar tribunalarda oyunu izlәmәkdәnsә, ev, restoran kimi mәkanlarda maçlara baxmağı üstün tutur. Çünki ev şәraitindә vә yaxud hansısa digәr obyektdә yaradılan şәrait Azәrbaycan stadionlarındakı vәziyyәtdәn qat-qat üstündür.

 Sorğuda iştirak edən insan sayı gözünüzü qorxutmasın) Bu sualda qalib gələn tərəf Bakı Olimpiya Stadionudur. Ancaq uzun illərdir BOS azərkeşlərin üzünə bağlıdır. Maliyyə məsələləri və digər problemlər bu arenanın liqadakı klublara həvalə olunmamasına yol açıb. Sadəcə ölkə üçün əhəmiyyət kəsb edən yarışlar olduğu təqdirdə, stadion azərkeş qəbulu edir. Ən çox ultras səsinə məruz qalan isə Tofiq Bəhrəmov adına Respublika stadionudur. Qarabağ futbol klubunun icarəsində olan mərkəz, xüsusən Avrokuboklar ərəfəsində insan selinə şahid olur. Narazılığa səbəb olan digər nüans polislərin bəzən stadiondakı insanlardan daha çox olmasıdır. Dünya praktikasında idman polisi anlayışı mövcud olduğu halda, Azərbaycan kimi hər il xarici klubları qəbul edən yeni futbol ölkəsinə bu qavram çox uzaqdır. Polislər asayişi qorumaq əvəzinə, elə sakitliyi və hüzuru pozan tərəfdə yer alırlar.

 

Bakı Olimpiya Stadionunun mətbuat katibi Fərid Əsədzadə bu barədə öz fikirlərini bölüşüb. Müsahibim bu arqumentlə o qədər də razı deyil:

 

"Azərkeşlər oyunlara gəlirlər, amma bu oyunlar nisbətən daha güclü rəqibə qarşı olduqda, bunun sonunda hər hansı bir mərhələ göründükdə o zaman təşrif buyururlar. Burada söhbət kimə qarşı oynamaqdan və oyunun əhəmiyyətindən gedir. Elə milli komandamız sabah, biri gün hansısa maça çıxsa, qalib gələcəyi təqdirdə Millətlər liqasının B qrupuna çıxacaq və ya qazanacağı halda, Dünya çempionatına gedəcək, o zaman 7-dən 77-ə kimi hər kəs stadionda olacaq. Nəticəsiz olan qarşıdurmaya kim gəlmək istər ki? Daxili çempionatdakı ilk turlarda bunu müşahidə etməsək də, son oyunlarda azərkeş marağı güclənir. Əgər Qarabağ və Sabah klubları arasında intiriqa olsaydı, Qarabağ çempionluğunu bir tur öncədən bəlli etməsəydi, başa-baş mübarizə aparsaydılar, əmin olun ki, iki klubun qarşıdurmasında tribunalar dolacaqdı. Söhbət kimə qarşı oynamaqdan və oyunun önəmindən gedir". Bilirsiz ki, yaxın günlərdə-iyun ayının 3-də Azərbaycan Kubokunun final maçı keçiriləcək. Qəbələ və Neftçi Bakcell arenada üzləşəcəklər. Həmin gün azarkeşlər böyük maraqla arenaya axışacaqlar.”

 

Fərid bəy region divizionuna marağın birinci liqadakı oyunlara nisbətən niyə çoxluğ təşkil etməsinə izah gətirdi:

 

“Regionlarda az mahiyyət daşıyan oyunlarda da fikir veririk ki, tribunalar dolu olur. Hər rayonu təmsil edən bir klub var. Yerli sakinlər də stadiona gedib öz yerlilərinin komandasını dəstəkləməyi mənəvi borc, vəzifə öhdəliyi hiss edirlər. Bakıdakı mənzərə isə hamıya məlumdur. İllər əvvəl Bakını təmsil edən klub sadəcə Neftçi və Bakı FK-dan ibarət idisə, artıq bu siyahıya yeni komandalar da qoşulub. Həmçinin şəhərdəki həyat şəraiti, iş qrafiki rayonlardan nisbətən fərqlidir. Burdakı insanların qayğılarının çox olmağı da təsiredici amillərdəndir.’’

 

Son olaraq, müsahibim də dediyi kimi, ümid edək ki, tez bir zamanda ölkə idmanında azarkeş mədəniyyəti formalaşıb inkişaf edər. Sağlıqla, idmanla qalın.

 

Rəşidə Abbasova

Bakı Dövlət Universiteti Jurnalistika fakültəsi