Vimbledon Tennis Turnirində etiraz

Bölmə: İdman › ,
Tarix: 14:59 06.07.2023

Ən nüfuzlu tennis turnirlərindən biri olan Uimbldonda etirazçı meydançaya atılıb. Britaniyalı tennisçi Keti Boulter və avstraliyalı tennisçi Davia Saville arasında keçirilən görüşdə 66 yaşlı Uilyam Con səhnəyə tullanaraq konfeti ataraq kortda qaçmağa başlayıb. Konfeti atdıqdan sonra etirazçı iki asayiş keşikçisi tərəfindən kənara çıxarılıb.

 

İnformator.az CNN Türk-ə əsasən xəbər verir ki, “Just Stop Oil” adlı ekoloqlar qrupunun üzvləri olan və özlərini “Gələcək üçün babalar” adlandıran etirazçılar neftin dünyaya yaydığı istixana qazlarına və temperaturun yüksəlməsinə diqqət çəkmək üçün oyunları dayandırıblar.

Daha bir etiraz Bolqarıstanlı tennisçi Qriqor Dimitrov və yaponiyalı tennisçi Şo Şimabukuronun görüşündə baş verib. İki "Just Stop Oil" tərəfdarı meydançaya qaçaraq, meydanı konfeti ilə örtdü. Ekoloqlar meydançada qaçdıqca mühafizəçilər onlara yetişə bilməyib və oyun təxirə salınıb.

 

Nəhayət, 3 ekoloq tutularaq saxlanılıb. Tennisçilər də konfeti yığarkən xidmətçilərə kömək ediblər. Hər iki tərəf arasında qarşılaşma fasilələrdən sonra davam edib.

 

Fatimə Mustafayeva