Hindistanda leysan 15 nəfərin həyatına son qoydu
Bölmə: Hadisə › ,Tarix: 18:02 10.07.2023
Hindistanın şimal bölgələrində leysan yağışların səbəb olduğu torpaq sürüşmələri nəticəsində azı 15 nəfər həyatını itirib.
İnformator.az Ensonhaber-ə əsasən xəbər verir ki, ölkənin şimalındakı bir çox bölgədə güclü yağış və külək təsirli olub. Bölgənin yuxarı hissələrində baş verən sürüşmələrdə ən azı 15 nəfər həyatını itirib.
Hindistan Meteorologiya Xidmətindən (IMD) verilən açıqlamaya görə, Yeni Dehlidə 24 saat ərzində hər kvadrat metrə 153 kiloqram yağıntı düşüb ki, bu da 1982-ci ildən bəri bir gündə qeydə alınan ən yüksək göstəricidir.
IMD şiddətli yağış proqnozu ilə bağlı Yeni Dehli sakinləri üçün "sarı xəbərdarlıq" elan edib. Güclü yağış nəticəsində parkları, yeraltı keçidləri, bazarları və xəstəxana binalarını su basıb, nəqliyyatın hərəkətində problemlər yaranıb.
Hindistan Mərkəzi Su Komissiyasından verilən açıqlamada Dehlidəki Yamuna çayının suyunun yüksəldiyi və iyulun 11-də təhlükənin daha da artacağı gözlənilir.
Aydan Qasımova